Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin görüşü olacaq –BU GÜN

“Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin iştirakı ilə üçtərəfli komissiyanın iclası keçiriləcək”.

bu barədə Ermənistanın İctimai Radiosuna baş nazirin müavini Mqer Qriqoryanın ofisindən məlumat verilib.

Baş nazir müavinlərinin görüşü barədə razılıq noyabrın 26-da Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə əldə olunub.

Görüşdə regionda dəmir yolu və avtomobil kommunikasiyalarının açılması, həmçinin, Azərbaycanla Ermənistan arasında delimitasiya prosesi müzakirə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Putin 500 jurnalist üçün mətbuat konfransı keçirəcək

Sonrakı məqalə

3 hərbçinin nəşi dəfn olunmaq üçün Zirə, Əmircan və Beyləqana aparılıb