Azərbaycan klubları Superkubok oyununa maraq göstərmir- PFL rəsmisi

Futbol üzrə Azərbaycan Superkuboku uğrunda oyunun keçirilməsi hazırda gündəmdə deyil.

Bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov Azərbaycan Kubokunun püşkatma mərasimində məlumat verib.

PFL rəsmisi bildirib ki, Superkubokun qalibinə mükafat verilmədiyi, eləcə də görüş avrokuboklara vəsiqə qazandırmadığı üçün klublar bu matçın təşkilinə maraq göstərmir.

Qeyd edək ki, Azərbaycan Superkuboku uğrunda oyun sonuncu dəfə 2013-cü ildə “Neftçi” və “Xəzər Lənkəran” komandaları arasında keçirilib. Görüş Lənkəran təmsilçisinin qələbəsi ilə başa çatıb.

Əvvəlki məqalə

Özəl provayderlər dövlət qurumlarının kabel təsərrüfatından istifadə edir

Sonrakı məqalə

Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı əsas tələblər açıqlanıb