Azərbaycan məscidlərində bayram namazı qılınıb

Azərbaycan məscidlərində bayram namazı qılınıb.

Əjdərbəy” məscidində saat 08.00-də, Təzə Pir” məscidində isə bayram namazı saat 09:00-da qılınıb.

Namaz Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə Təzəpir məscidində qılınıb.

Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb.

Aprelin 9-u (Ramazanın 18-ci günü), 11-i (Ramazanın 20-ci günü), 13-ü (Ramazanın 22-ci günü) və 17-də (Ramazanın 26-cı günü) Qədr (Əhya) gecələri olub.

Qazılar Şurasının qənaətinə görə, Ramazan bayramında adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür.

Bayramla əlaqədar 4 gün – aprelin 21, 22, 23 və 24-ü qeyri-iş günləri olacaq.

Əvvəlki məqalə

Bu ilin 3 ayında Azərbaycana 368,9 min əcnəbi gəlib

Sonrakı məqalə

Əfv Komissiyasında ömürlük məhbuslarla bağlı müraciətlərə baxılır –