Azərbaycan müdafiə nazirinin müavini İrana səfər edib

Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Əziz Nəsirzadə və digər hərbi rəhbərlərlə görüşlər keçirilib.

Görüşlərdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Əvvəlki məqalə

“Gürcüstan və ABŞ münasibətləri yeniləmək üçün səy göstərməli olacaqlar”

Sonrakı məqalə

Zehni iş demensiyanın qarşısını almağa kömək edir