“Azərbaycan mülki əhalini, yaşayış məntəqələrini atəşə tutmur” –

MÜDAFİƏ NAZİRLİYİ YEREVANA CAVAB VERDİ
13 İyul 2020 - 18:23

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın “facebook” səhifəsində guya Azərbaycan Ordusunun Çinari kəndini 82 mm və 120 mm-lik minaatanlardan atəşə tutması, nəticədə mərmilərdən birinin evə dəyməsi və yaralıların olmaması barədə yaydığı paylaşıma münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, həmin məlumat həqiqəti əks etdirmir: “Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur”.