“Azərbaycan olmadan Avropanın qaz təchizatını təsəvvür etmək mümkün deyil” –Macarıstanın XİN başçısı

“Macarıstan Azərbaycanın illik hasilat həcmi 30 milyard kubmetr qaz təşkil edən “Şahdəniz” qaz yatağında pay əldə edəcək”.

Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan xarici işlər naziri ilə Bakıda bugünkü mətbuat konfransında deyib.

O əlavə edib ki, Azərbaycan olmadan Avropanın qaz təchizatını təsəvvür etmək mümkün deyil: “Azərbaycan Macarıstanın enerji təhlükəsizliyində çox önəmli bir oyunçudur. Bu isə uzunmüddətli sabitliyi təmin edir. Bu il ilk dəfə Macarıstan SOCAR-dan 50 min kubmetr qaz alıb. Eyni zamanda, Macarıstanın Azərbaycanın yaşıl enerji sektoruna yatırdığı investisiyalar 2 milyard dollara çatıb”

Əvvəlki məqalə

Şeyxülislam Dinlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasına üzv seçilib

Sonrakı məqalə

Baltik dənizində NATO-nun irimiqyaslı hərbi təlimləri başlayıb