“Azərbaycan Ordusu gücünü bütün dünyaya göstərdi” –

HULUSİ AKAR
11 Noyabr 2020 - 10:55

“Əldə edilən nəticə bizi son dərəcə sevindirdi. Bu hərəkat bir oyanışdır”.

 “Anadolu” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan Müdafiə Nazirliyində keçirilən tədbirdə deyib.

“Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq bir uğur əldə etdiniz. Hərəkat 44 günə başa çatdı, amma bu hərəkatdan 44 il boyunca danışılacağından əmin olun. Azərbaycan Ordusu gücünü bütün dünyaya göstərdi”, – deyə nazir vurğulayıb.