“Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır” –

MÜDAFİƏ NAZİRLİYİ
31 Oktyabr 2020 - 10:43

“Ermənistan KİV-nin səhər saatlarından başlayaraq guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndini raket atəşinə tutması və nəticədə mülki əhaliyə maddi zərər vurulması barədə yaydığı xəbər yalandır və vəziyyətin gərginləşdirilməsinə yönəlib”.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib: “Bildiririk ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir”.