Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu – dördüncü dövrəyə start veriləcək.
İlk oyun günündə bir görüş keçiriləcək.
XXVIII turun açılış matçında “Turan Tovuz” klubu “Sumqayıt”ı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:30-da başlayacaq.
Hazırda Tovuz təmsilçisi 28 xalla altıncı, “Sumqayıt” klubu isə 21 xalla səkkizinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun “Kəpəz” – “Səbail” və “Zirə” – “Neftçi” oyunları aprelin 1-də, “Şamaxı” – “Qarabağ” və “Sabah” – “Qəbələ” görüşləri isə aprelin 2-də keçiriləcək.