Azərbaycan Qlobal kibertəhlükəsizlik İndeksində ikinci yeri tutub –NƏTİCƏLƏR

“Qlobal Kibertəhlükəsizlik İndeksi 2024” (Global Cybersecurity Index 2024) açıqlanıb.
Azpost.info bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Sonuncu dəfə 4 il bundan öncə bu hesabat açıqlanmışdı. O zaman, “Qlobal kibertəhlükəsizlik indeksi 2020” indeksində Azərbaycan 89 bal toplayaraq, 15 pillə irəliləmiş, 194 ölkə arasında 40-cı yerdə qərarlaşmışdı.
Qurumun indiki hesabatı 2023-2024-cü illərdə görülmüş işləri əhatə edib.
Bu hesabatın hazırlanması üzrə metodika da yenilənib. Əvvəlki illərdə olduğu kimi vahid reytinq cədvəlindən imtina edilib.
Ölkələrin kiber sahədə inkişaf səviyyəsi müxtəlif istiqamətlər (hüquqi tənzimləmə, texniki, əməkdaşlıq, potensialın inkişaf etdirilməsi və təşkilati istiqamətlər) üzrə aparılan təhlillərdən sonra 5 səviyyə üzrə formalaşdırılıb.
Azərbaycan 100 mümkün xaldan 93.76 bal toplayaraq və 2-ci, “təkmil səviyyə”də yer tutub.
Hüquqi hüquqi tənzimləmə , əməkdaşlıq və texniki istiqamətləri üzrə ölkəmiz daha yüksək nəticə əldə edib.
Bu hesabatda dünya üzrə orta göstərici 65.7 baldır.
46 ölkə 95-100 arası nəticə əldə edərək ən yüksəkdə (1-ci səviyyədə) yer alıblar.
29 ölkə 85-95 arası nəticə əldə edərək 2-ci səviyyədə səviyyədə yer alıblar. Azərbaycan, Qazaxıstan, Özbəkistan və Rusiya bu səviyyədə qərarlaşıb.
49 ölkə 55-85 arası nəticə əldə edərək 3-ci səviyyədə səviyyədə yer alıblar.
75 ölkə də daha aşağıda, 4-cü və 5-ci səviyyələrdə yer alıblar . Ermənistan, Tacikistan və Türkmənistan 4-cü səviyyədə qərarlaşıblar.
O.Gündüzün fikrincə, “Qlobal Kibertəhlükəsizlik İndeksi 2024” hesabatında Azərbaycanın nəticələri reallığı tam olaraq əks etdirir. Onun sözlərinə görə, bu uğurda aşağıdakılar ciddi rol oynayıb :
– Kibertəhlükəısizlik sahəsi üzrə milli strategiya ötən qəbul edilib
– Kritik sektorla bağlı yeni səlahiyyətlər əldə edən DTX və XRİTDX tərəfindən uğurlu addımlar atılıb,
– DTX kiber sahədə yeni strukturlar formalaşdırıb və cəmiyyətə təqdim edib
– RİNN İsrailin Technion Universiteti ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi formalaşdırıb və sektorda kadr hazırlığı sahəsində uğurlu addımlar atıb
– ETX-nin fəaliyyəti də nəzərə çarpacaq dərəcədə artıb
– XRİTDX -nin bu sektorda beynəlxalq (Türkiyə, İsrail ) əməkdaşlığı güclənib
– DİN –də Kibertəhlükəsziliklə mübarizə Baş İdarəsi yaradılıb
– Universitetlərdə, xüsusilə AzTU -da iki kiber struktur formalaşdırılıb, yeni kurikulumlar təsdiqlənib, Türkiyə ilə bu istiqamətdə əlaqələr güclənib və s.
Xatırladaq ki, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi, kibercinayətkarlıqla bağlı sahəsində aşağıdakı qurumlar fəaliyyət göstərir :
– DTX,
– RİNN-in Elektron Təhlükəsizlik Xidməti,
– Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti,
– İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası,
– DİN, Kibercinayətkarlıqla mübarizə Baş İdarəsi .
Əvvəlki məqalə

Rus Dram Teatrının repertuarı

Sonrakı məqalə

Naxçıvanda artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib