Azərbaycan Radiosunda Bədii Şura yaradıldı –  

Tərkibində SSRİ dövründə işləmiş şəxslər var  
17 Sentyabr 2019 - 12:39

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində Azərbaycan Radiosunda Bədii Şura yaradılıb.

Bu barədə Modern.az-a AzTV-nin  Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Bədii Şuranın tərkibi də artıq müəyyən olunub. Bunlar aşağıdakı şəxslərdir:

  • Rəşad Nəsirov – AzTV – nin sədr müavini
  • İlham Rəhimli – “Mədəniyyət” kanalı Proqram direktorunun müavini
  • Eldost Bayramov – Diktor
  • Ələmdar Quluzadə – “Uşaq verilişləri” redaksiyasının baş redaktoru
  • Şəfəq Əlixanlı – “Ədəbiyyat və İncəsənət” redaksiyasının baş redaktoru
  • Qorxmaz Şıxalıyev -“Səhər” redaksiyasının baş redaktor müavini
  • Rövşən Ramazanlı – “Xəbərlər” redaksiyasının baş redaktor müavini.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən AzTV-də artıq 8 aydır ki TV sahəsində Bədii Şura fəaliyyət göstərir. Şura hər ay 2 dəfə toplanır və müzakirələr aparır.

Bildirilir ki, radioda yaradılan Bədii Şura da 2 aydan bir toplanacaq və Azərbaycan Radiosunda yayımlanacaq musiqi və verilişlərin keyfiyyətinə nəzarət edəcək.

Qeyd edk ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də yeni mövsümdə daha bir sıra yeniliklərə start verilir.