Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilib –YENİLƏNİB

12 may 2022-ci il tarixində Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.

XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə tərəflər, bölgədə mövcud olan vəziyyət və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, o cümlədən dövlət sərhədinin delimitasiya prosesinin başlaması, bütün nəqliyyat və kommunikasiya xətlərinin açılışı, iki dövlət arasında sülh müqaviləsinin razılaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər, bölgədə sülh və təhlükəsizliyin təmin olunması naminə əldə edilmiş razılaşmaların icrasının vacibliyi vurğulanıb.

***

16:48

Tacikistanın paytaxtı Düşənbə şəhərində Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, üçtərəfli görüşün başlanması barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında paylaşım edib.

Üçtərəfli görüş MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.

Əvvəlki məqalə

NATO Baş katibi və Almaniya XİN rəhbərinin telefon danışığı olub

Sonrakı məqalə

Paşinyan Üçtərəfli İşçi Qrupun rusiyalı həmsədrini qəbul edib