Azərbaycan son 20 ildə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub- Mikayıl Cabbarov

Prezidentin strateji inkişaf kursunun uğurlu icrası nəticəsində Azərbaycan ötən 20 ildə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Ötən dövrdə qeyri-neft-qaz iqtisadiyyatı 4 milyard dollardan 41 milyard dollaradək böyüyüb. Şaxələnmə baxımından prioritet olan strateji sahələrdə əlavə dəyər qeyri-neft qaz sənayesində 4,7 dəfə, turizmdə 19 dəfəyədək, informasiya və rabitədə 23 dəfə, nəqliyyat sektorunda 5 dəfəyədək böyüyüb.

Bunu dövlət başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, ötən 20 ildə qeyri-neft qaz məhsullarının ixracı 12 dəfəyədək artaraq, müstəqillik dövründə ilk dəfə 3 milyard dolları ötüb.

Əvvəlki məqalə

Sumqayıtda yeniyetmə qəflətən ölüb

Sonrakı məqalə

“Rusiyanı HƏMAS-a silah verməkdə ittiham etmək cəhdləri spekulyasiyadır”