Azərbaycan sumoçuları Açıq Avropa kubokunda 3 medal qazanıblar

Azərbaycan sumoçuları Estoniyanın Vinni şəhərində keçirilən Açıq Avropa kubokunda 3 medal qazanıblar.

Onlardan 1-i qızıl, 2-si gümüş mükafata yiyələnib.

Xəyyam Abdullayev (77 kq) bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. Rəsul Məmmədzadə (77 kq) və Sadiq Ağamaliyev (115 kq) isə fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Azərbaycan millisi ümumi komanda hesabında 3-cü olub.

Əvvəlki məqalə

Pekin Fransadan Çin-Aİ münasibətlərini yoluna qoymağı xahiş edib

Sonrakı məqalə

Prezident İlham Əliyev Rokfeller Fondunun vitse-prezidenti ilə görüşüb