İtaliyanın Turin şəhərində “Avroviziya-2022” mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutub.
İkinci yarımfinal mərhələsində Azərbaycan, Avstraliya, Belçika, Kipr, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, İrlandiya, İsrail, Malta, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya, San Marino, Serbiya və İsveç təmsilçiləri çıxış edib.
Azərbaycanı təmsil edən Nadir Rüstəmli 4-cü nömrə altında “Fade To Black” mahnısı ilə çıxış edib.
Çıxışlar bitdikdən dərhal sonra səsvermə mərhələsi başlayıb. İştirakçılar arasında ən çox səs toplamış Azərbaycan və digər 9 ölkə 14 mayda keçiriləcək final mərhələsinə yüksəlib. Həmin ölkələr bunlardır: Belçika, Çexiya, Azərbaycan, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Ruminiya, Serbiya.