Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq ATƏT üçün əsas prioritet olaraq qalır- Yan Borq

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edib.

Bu barədə İrəvanda səfərdə olan ATƏT sədri Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tərəflər “Azərbaycan və Ermənsitan arasında davam edən siyasi prosesi, sülh prespektivlərini, əsas siyasi və humanitar narahatlıqları” müzakirə ediblər.

“Azərbaycan və Ermənistan arasında dayanqılı və hərtərəfli sülhə nail olmaq ATƏT üçün əsas prioritet olaraq qalır. İrəliləmək üçün dialoq və diplomatiya əsas və yeganə vasitələrdir”.

ATƏT sədri Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyasıan da toxunub: “Delimitasiya ilə bağlı irəliləyiş tamamilə dəyərli və təqdir olunası bir addımdır”(apa).

Əvvəlki məqalə

Xüsusi təyinatlılarımz Türkiyədə təlimdə ekstemal tapşırıqları icra ediblər –

Sonrakı məqalə

“Almatı danışıqları konstruktiv şəraitdə keçdi”