Azərbaycan Prezidenti, Ermənistan Baş Naziri və Rusiya Prezidenti atəşkəs sazişi imzaladı –

Prezident açıqladı
10 Noyabr 2020 - 03:20

Prezident İlham Əliyev Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədin mətnini açıqlayıb.

Noyabrın 10-u saat 00:00-dan etibarən hərbi əməliyyatlar dayandırılır.

Məlumata görə, Ağdam rayonunun işğal altında olan ərazilər 20 noyabr 2020-ci il tarixinədək Azərbaycana qaytarılacaq.

Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca 5 il müddətinə Rusiyanın sülhməramlıları yerləşdirilir.

Atəşkəsə nəzarət etmək üçün sülh mərkəzi yaradılır.

Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək.

Ermənistan işğal etdiyi Kəlbəcəri 15 noyabradək, Laçını isə 1 dekabradək boşaldacaq.

Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə qaytarılacaq.

Hərbi əsirlərin və cəsədlərin mübadiləsi həyata keçiriləcək.