Azərbaycan və Ermənistan XİN başçıları 7 saat Qarabağı müzakirə ediblər –

Sabah da danışıqlar davam edəcək
30 Yanvar 2020 - 00:00

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri arasında Cenevrədə keçirilən görüş 7 saat davam edib.

Bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeva “Twitter”səhifəsində qeyd edib.

O bildirib ki, tərəflər və həmsədrlər danışıqların intensivləşdirilməsinin və danışıqların gündəliyində olan məsələlərdə gözəçarpan nəticələrin əldə edilməsinin tərəfdarı kimi çıxış ediblər.

L.Abdullayeva bildirib ki, danışıqlar sabah da davam edəcək.