Bu gün Cenevrdə Dağlıq Qarabağla bağlı Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü qapalı keçiriləcək.
Azpost.info bildirir ki, bu barədə TASS-a etibarlı mənbə məlumat verib.
“ATƏT-in Minsk Qrupunun həmsədrləri görüşdən əvvəl -oktyabrın 29-da Cenevrdə münaqişənin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Danışıqlar KİV üçün qapalı olacaq”- deyə mənbə vurğulayıb.
Onun sözlərinə görə, bu ana qədər görüşn yekunlarına dair bəyanatın dərc olunub-olunmayacağı məlum deyil.