Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin Moskvada görüşü başlayıb

26 Avqust 2020 - 12:46

Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş başlayıb.

Rusiya XİN-in Qəbullar Evində keçirilən görüş ilk olaraq təkbətək formatda keçirilir.

Görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcək.

Görüşün yalnız protokol hissəsi mətbuata açıq olub.

Görüşün yekunları ilə bağlı nazirlər birgə mətbuat konfransı keçirəcəklər. (APA)