Azərbaycan və Türkiyə Müdafiə nazirləri Komanda Məntəqəsində görüşdü –

Akar Bakıdadır
11 Noyabr 2020 - 11:20

Noyabrın 10-da Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar arasında görüş keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.