Azərbaycan XİN avtobus qəzası ilə bağlı Rusiyaya başsağlığı verib

01 Dekabr 2019 - 18:32

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusunun körpüdən Kuenqa çayına düşməsi nəticəsində 19 nəfərin ölməsi ilə əlaqədar başsağlığı verib.

XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, qəzada həyatını itirənlərin doğmalarına və yaxınlarına başsağlığı verir, yaralılara tezliklə sağalmağı arzulayırlar.

Qeyd edək ki, bu gün Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusunun körpüdən Kuenqa çayına düşməsi nəticəsində 19 nəfər ölüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.