Azərbaycana məxsus PUA-nın vurulması barədə xəbər həqiqətə uyğun deyil –

MÜDAFİƏ NAZİRLİYİ
13 İyul 2020 - 08:49

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın guya vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, bu xəbər həqiqətə uyğun deyil.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur.