Azərbaycanda əhalinin 49,9 faizi kişi, 50,1 faizi qadındır

- RƏQƏMLƏR
12 İyun 2020 - 15:53

İlin əvvəlindən ölkə əhalisinin sayı 14473 nəfər və ya 0,1 faiz artaraq 2020-ci il may ayının 1-i vəziyyətinə 10081581 nəfərə çatıb.

Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən bildirilib. Verilən məlumata görə, əhalinin 52,8 faizi şəhər, 47,2 faizi kənd sakinləri, 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır.