Azərbaycanda 115 il əvvəl çəkilmiş rəngli FOTOLAR

30 Dekabr 2021 - 16:05

İnternetin rus resurslarında 100 il əvvəl Azərbaycanda çəkilmiş rəngli fotolar yerləşdirilib.

1907-09-cu illərdə  çəkilmiş bu fotolar rəngli olması ilə böyük maraq doğurur. Ötən əsrin əvvəlində tanınmış rus fotoqrafı Sergey Prokudin tərəfindən çəkilmiş fotoşəkilərdə Azərbaycanın Muğan bölgəsi, Kür çayı, ora köçürülən ruslar və yerli əhali əks olunub.

Bundan başqa, o dövrdə Tiflisdə çəkilmiş fotolar da diqqəti çəkir.

S.Prokudin rus imperiyası ərazisində yaşayan xalqların və onların yaşam tərzini əks etdirən fotoları ilə məşhur olub. O Rusiyada ilk rəngli fotoların müəllifi sayılr.

Fotoları oxuculara təqdim edirik:

Bakı quberniyası, Cavad qəzası, Muğan düzü… Qrafovka kəndi. (Hazırda Sabirabad rayonu)

Bakı quberniyası, Cavad qəzası, Muğan düzü. Saatlı kəndi.

Azərbaycandakı Petropavlovka kəndi.

Cavad qəzası Nikolayevka kəndi (İndiki Cəlilabad).

Kür çayı.

Pambıq sahəsi

Petropavlovka kəndində mehmanxana

Tiflis müsəlman məhəlləsi