Azərbaycanda 2019-cu ildə cəzaçəkmə müəssisələrindən 18 nəfər qaçıb

25 Avqust 2020 - 14:04

Azərbaycanda ötən il cəzaçəkmə müəssisələrindən 18 nəfər qaçıb.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cəzaçəkmədən qaçanların sayı 184, istintaq və məhkəmədən yayınanların sayı isə 4967 nəfər olub.

Cəzaçəkmə müəssisəsindən qaçanlardan 3-ü, cəzaçəkmədən qaçanların 164-ü, istintaq və məhkəmədən yayınanlardan isə 3482 saxlanılıb.