Azərbaycanda bir gündə 135 nəfər COVID-19-a yoluxub-

127 nəfər sağalıb, 2 nəfər vəfat edib
30 Avqust 2020 - 17:10

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36309 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33703 nəfər müalicə olunaraq sağalıb, 531 nəfər vəfat edib, aktiv xəstə sayı 2075 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6137, ötən müddət ərzində isə ümumilikdə 917027 test aparılıb.