Bu şəxslərin maaşları yeni ildən artırılıb

Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında qərarlarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2025-ci il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib:

Sıra

№-si

Kateqoriyalar üzrə dövlət orqanları Aylıq vəzifə maaşının məbləği (manatla)
1. Ali kateqoriya dövlət orqanlarında 460
2. 1-ci kateqoriya dövlət orqanlarında 445
3. 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 425
4. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 400

Aylıq vəzifə maaşlarının məbləğləri müəyyən edilən işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanları üzrə həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.

Qeyd edək ki, bundan əvvəl dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları aşağıdakı kimi olub:

Sıra

№-si

Kateqoriyalar üzrə dövlət orqanları Aylıq vəzifə maaşının məbləği

(manatla)

1. Ali kateqoriya dövlət orqanlarında 400
2. 1-ci kateqoriya dövlət orqanlarında 385
3. 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365
4. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 345

Firuzə Vahid

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.