Azərbaycanda daha 352 nəfərdə COVID-19 aşkarlanıb, 2 nəfər vəfat edib

- Operativ Qərargah
13 İyun 2020 - 19:02

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 196 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.