Azərbaycanda gələn il orta illik inflyasiyanın 5,3 faiz olacağı gözlənilir

İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə Azərbaycanda 2023-cü ildə 9,5 faiz, 2024-cü ildə isə 5,3 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4,2 faizə qədər enəcəyi gözlənilir.

İnflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın artması ilə yanaşı, əhalinin sosial rifahına da müsbət təsir edəcək. Proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2027-ci ildə 106,0 milyard manata, xərclərinin isə 102,6 milyard manata qədər yüksəlməsi proqnozlaşdırılır.

Əvvəlki məqalə

“Qəddar terrorçu olduqlarını başa düşmək üçün başqa nə görmək lazımdır?”

Sonrakı məqalə

Bakıda “Toyota Prius”la narkokuryerlik edənlər saxlanılıb