Azərbaycan məktəblərinin ibtidai siniflərində sentyabrın 15-dən dərs başlayacaq.
Bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” qərarında bildirib.
Qeyd edilib ki, ümumi təhsilin ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə sentyabrın 15-dən dərslər əyani formada başlayacaq.