Azərbaycanda daimi, müvəqqəti və ümumiyyətlə fəaliyyət göstərməyən məscidlər var.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mətbuat konfransında məlumat verib.
O qeyd edib ki, daimi fəaliyyət göstərən məscidlərin sayı 1200 olduğu halda, müvəqqəti (daha çox Ramazan aylarında) fəaliyyət göstərən məscid sayı 300-400 arasıdır.