Azərbaycanda nə qədər azyaşlı narkoman var? –Baş direktor narkotik qurbanlarının sayını AÇIQLADI

“Hazırda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 33 788 nəfərdir. Bu, 2020-ci ilin sonuna olan statistikadır. Bu ilin statistikası gələn ilin yanvar ayında olacaq”.

Bunu Səhiyyə Nazirliyinin “Instagram” səhifəsində “Narkomaniya ilə mübarizə” mövzusunda canlı yayımda Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib.

O bildirib ki, ölkədə 65 yaşdan yuxarı narkotik istifadəçilərinin də qeydiyyatı aparılır: “Azərbaycanda 65 yaşdan yuxarı 207 nəfər narkotik istifadəçisi qeydiyyatdadır. Son vaxtlar narkotik istifadəçilərinin sayında artım var. Bu, aparılan işlər nəticəsində rəsmi qeydiyyata düşənlərin sayının artması ilə bağlıdır. Azyaşlıların narkotikdən istifadə halları müşahidə edilir. Azyaşlıların sayı statistikada 9 nəfər olsa da, bu, tam statistikanı əks etdirmir. Çox vaxt narkotik istifadəçiləri müalicə üçün müraciət etmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Bakı, Sumqayıt və Abşeronda dekabr ayının pensiyaları ödənilib

Sonrakı məqalə

“SSRİ-ni bərpa etmək mümkün deyil” –