Azərbaycanda son sutkada 1242 nəfər COVID-19-a yoluxub –

551 nəfər sağalıb, 15 nəfər vəfat edib
03 Noyabr 2020 - 15:03

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1242 yeni yoluxma faktı qeydə alınıb, 551nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.