Azərbaycanda son sutkada 814 nəfər COVID-19-a yoluxub –

342 nəfər sağalıb, 12 nəfər vəfat edib
21 Mart 2021 - 16:23

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 814  yeni yoluxma faktı qeydə alınıb,  342 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 246 304 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 876 nəfər müalicə olunaraq sağalıb, 3 351 nəfər vəfat edib, aktiv xəstə sayı 10 077 nəfərdir.