Azərbaycanda “Son zəng” keçirilməyəcək –

Təhsil Nazirliyi açıqlama verdi
03 İyun 2020 - 11:55

Təhsil Nazirliyi “Son zəng”in keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi davam etdiyindən ( 15 iyunadək ) bütün kütləvi tədbirlər kimi “Son zəng” tədbirinin də keçirilməsi nəzərdə tutulmur.

Onlayn qaydada müxtəlif tədbirlər keçirilə bilər.