“Bu bölgədə davamlı sülhə zəmin yaratmaq məqsədi ilə Azərbaycan və bölgədə yerləşən digər dövlətlərlə işimizi davam etdirəcəyik”.
Azpost.info bildirir ki, bu sözləri ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümü münasibətilə Vaşinqtondan verdiyi açıqlama deyib.
Erika Olsonun sözlərinə görə, keçən il Azərbaycanda olarkən ABŞ və Azərbaycanın birgə işi sayəsində əldə olunan naliyətləri nəzərdən keçirib. O, qeyd edib ki, diplomatik və insanlar arasında əlaqələr 30 il ərzində mühüm şəkildə gücləndirilib: “Gələcəyə nəzər salarkən biz Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi sahəsində səylərii dəstəkləməkdə davam etdirəcəyik”.
ABŞ rəsmisi bildirib ki, Azərbaycanın insan hüquqlarının və fundamental azadlıqlarının gücləndirilməsi üçün səylərini dəstəkləyirlər.
E.Olson həmçinin ABŞ-ın Azərbaycanın Kabil hava limanının mühafizəsini təmin edən ölkələrin sırasında xidmətini qeyd edib: “Ümumilikdə NATO-nun əməliyyatlarını dəstəkləməsinə görə təşəkkür edirik”.
“Azərbaycanla birgə işləyərək qanunsuz materiaların və narkotiklərin daşınmasının qarşısını almaq və Xəzər hövzəsinin enerji ehtiyatlarını mühafizə etmək etmək üçün birlikdə işləyəcəyik. 30 il ərzində tərəfdaş olmuşuq və əminəm ki, illər boyu tərəfdaşlığımız davam edəcək. Biz Azərbaycanla hər kəs üçün demokratik, firavan və dinc gələcək naminə işimizi davam etdirəcəyik”- deyə açıqlamada vurğulanır.