Azərbaycanın cüdoçusu dünya çempionu olub

Mayın 23-də -100 kq çəki dərəcəsində dünya reytinqində 5-ci olan Zelim Kotsoyev Abu-Dabidə keçirilən cüdo üzrə Dünya çempionatında qızıl medal qazanıb.

Apasport.az xəbər verir ki, Azərbaycan cüdo məktəbinin fəxri yetirməsi olan 25 yaşlı idmançımız Koreya, İsrail, İspaniya və Portuqaliyadan olan rəqiblərini məğlub edib. Zelimin rəqibləri arasında Olimpiya bürünc medalçısı, ikiqat dünya çempionu portuqaliyalı Yorqe Fonseka və ikiqat dünya çempionu ispaniyalı Nikoloz Şerazadişvili də olub. Final görüşündə o, kanadalı Şadi Elnahasa qalib gələrək Dünya Çempionu titulunu qazanıb.

Zelim Kotsoyev son 2 dünya çempionatında bürünc medal qazanıb və 2023-cü ildə Avropa çempionu olub. Qeyd edək ki, Dünya cüdo arenasında yüksək səviyyədə çıxış edən Zelim 16 yaşından Azərbaycan milli komandasının üzvüdür.

Əvvəlki məqalə

Prezident Telli Pənahqızını təltif etdi

Sonrakı məqalə

Rusiya MN-in daha bir yüksək rütbəli zabiti saxlanılıb