Azərbaycanın “Dostluq” ordenini almış sabiq qubernator vəfat edib

Rusiyanın Kemerovo vilayətinə 20 il rəhbərlik etmiş Aman Tulayev 80 yaşında vəfat edib.

Bu barədə regionun rəhbəri Sergey Tsivilev məlumat verib.

“1997-2018-ci illərdə Kemerovo vilayətinin qubernatoru olmuş, parlaq, qeyri-adi, bütün həyatını Kuzbasa və Rusiyaya xidmətə həsr etmiş Aman Qumiroviç Tuleyev vəfat etdi. Bu, ağır itkidir. O, çətin vaxtlarda vilayətə rəhbərlik edib”.

A.Tuleyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 may 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Əvvəlki məqalə

Qarakənd faciəsindən 32 il ötür

Sonrakı məqalə

Qara dənizdə türk gəmisi 12 nəfər heyətlə birgə batıb