Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Prezident Azərbaycan Respublikasının Gürcüstanda yeni fövqəladə və səlahiyyətli səfir təyin edib.
İlham Əliyev Faiq Maqbet oğlu Quliyevin Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Faiq Quliyev bu günə qədər Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini postunu tuturdu. O, 2018-ci ildə İlham Əliyevin sərəncamı ilə komitə sədrinin müavini təyin olunmuşdu.
F. Quliyev buna qədər “SOCAR Energy Georgia” MMC-də marketinq və beynəlxalq əlaqələr bölməsinin rəisi vəzifəsində çalışıb.