Azərbaycanın nəqliyyat gəlirləri 4 milyardı ötüb

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın nəqliyyat üzrə gəlirləri 4 milyard 184,1 milyon manata yüksəlib.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

O bildirib ki, nəqliyyat gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 21% artıb. Belə ki, 2023-cü ildə bu rəqəm 3 milyard 467,4 milyon manat təşkil edib.

Əvvəlki məqalə

“Rus dilini öyrənəndən sonra gəlsinlər”

Sonrakı məqalə

Paşinyan ATƏT sədri ilə görüşüb