“Azərbaycanın Naxçıvanla quru əlaqəsi yaratmaq istəyi başadüşüləndir. Ermənistan nəinki yolu açmağa, həm də sadələşdirilmiş gediş-gəliş proseduru imkanlarını nəzərdən keçirməyə hazırdır”.
Azpost.info xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Bu, Şarl Mişelin iştirakı ilə Azərbaycan prezidenti ilə razılaşdırılmış üç əsas prinsipdə əksini tapıb. Müvafiq bəyanat ötən il iyulun 15-də verilib. İrandan keçməklə Naxçıvana gedən yola gəlincə, Ermənistan Azərbaycana da eyni şərtləri təklif etməyə hazırdır. Bu, daha qısa və daha ucuz olacaq”, – Simonyan bildirib.
Azpost.info