2023-cü ildə Azərbaycan regionlarında əsas kapitala investisiyalar 2022-ci illə müqayisədə 25% çox olub.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində paylaşım edib.
“Ötən il regionlara investisiya qoyuluşu 10,1 milyard manat təşkil edib”, – deyə o qeyd edib.