Azərbaycanın sülh prosesinə sadiqliyi möhkəmdir- XİN

Azərbaycanın sülh prosesinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən tərəfimizdən atılan ardıcıl addımlarla sübut edilib.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa XİN-in mətbuat katibinin səsləndirdiyi əsassız fikirlərinə dair şərhində deyilir.

“Suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq əzmimiz eyni dərəcədə möhkəm və qətiyyətlidir.

Xatırlatmaq istərdik ki, əslində bölgədə əsas təhdid mənbəyi Azərbaycan ərazilərindən hələ də çıxarılmayan və Ermənistan tərəfindən birbaşa dəstəklənən erməni silahlı qüvvələrinin mövcudluğudur”, – qeyd olunub.

Əvvəlki məqalə

Putin Kim Çen Inla nüvə müharibəsi ilə bağlı söhbət aparıb?

Sonrakı məqalə

Ölkə ərazisindəki potensial sürüşmə sahələri aktivləşib