Azərbaycanın Türkiyədə tikdiyi neft zavodu nə qədər qazanc gətirib? –

RƏQƏMLƏR
03 Sentyabr 2019 - 15:41

SOCAR tərəfindən Türkiyənin Əliağa yarımadasında inşa edilən “Star Rafineri” neft emalı zavodu bu ilin birinci yarısında 942,6 min tona yaxın neft məsulları ixrac edib.

Azpost.info “vergilər.az”-a istinadən bildirir ki, Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin yaydığı məlumata görə, yarım il ərzində zavodun ixrac üzrə ən yüksək göstəricisi may ayında qeydə alınıb və 319,02 min ton təşkil edib. Məlumata əsasən, yanvar-iyun aylarında zavod Türkiyənin daxili bazarına 229,08 min tona yaxın neft məhsulları yönəldib.
Qeyd edək ki, “Star Rafineri” neft emalı zavodu ötən ilin oktyabr ayında istifadəyə verilib. Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Əsas məhsullarını dizel yanacağı (5 mln. tona yaxın), təyyarə yanacağı (1,5 mln. ton), nafta (1,5 mln. ton), reformat (1 mln.) və kükürd, maye neft qazı, neft koksu və sair neft məhsulları təşkil edir. Bu il zavodda 8 mln. ton neftin emalı nəzərdə tutulub. İlin sonunadək müəssisə 4 mln. ton dizel, 1 mln. tona yaxın təyyarə yanacağı, 1 mln. ton nafta, 700 min ton reformat istehsal etməyi planlaşdırır. Lakin 2020-ci ildən etibarən isə müəssisə ildə 10 mln. ton neft emal edəcək.