Azərbaycanın üç saytına Rusiyada blok qoyulub

Azərbaycanın daha bir media qurumuna Rusiyada blok qoyulub.

İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) oxu.az saytını ölkə ərazisində bloklayıb.
Oxu.az saytının bununla bağlı açıqlamasında saytın redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən atılan bu addım birbaşa söz azadlığına, demokratiyaya, plüralizmə zidd hesab olunur, “Roskomnadzor”un bu addımının qərəzli və qanunsuz olduğu vurğulanır.
Qeyd edək ki, bundan əvvəl Haqqin.az və Minval.az saytları da Rusiya ərazisində bloklanıb.

APA

Əvvəlki məqalə

İƏT-in Azərbaycanla bağlı dörd qətnamə qəbul etməsi Prezident İlham Əliyevin mühüm diplomatik uğurudur

Sonrakı məqalə

Ukrayna dəmir yolu ilə Avropaya taxıl tədarük etməyə başlayıb