Azərbaycanla Belarus arasında kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk- Prezident

Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur.

Bu sözləri Prezident İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşdə deyib.

Dövlətimizin başçısı bildirib ki, bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.

Əvvəlki məqalə

Ən çox nifrət edilən məşhurların adları açıqlanıb –

Sonrakı məqalə

Slovakiya lideri Avropa Parlamentinə seçki kampaniyasını dayandırmağa çağırıb