“Ermənistan hökuməti son təcrübələrindən dərs götürməli və onu silahlandıranların təxribatlarına uymamalıdır”.
Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Əvəllər Ermənistana göndərilən tanklar, toplar və tüfənglər Azərbaycanın əlinə keçib. İndi sadəcə Ermənistanı aldadırlar. Sülh fürsətindən istifadə edib onu çaşdıran ölkələrin toruna düşməmək Ermənistanın marağında olardı. Azərbaycanla sülhə əsaslanan münasibətlər Ermənistan üçün ən yaxşı variantdır. Ermənistanın əlinə silah verənlər qısa zamanda Ermənistanı tək qoyacaqlar”, – Ərdoğan bildirib.
Azpost.info