“Ermənistan Azərbaycanla tez bir zamanda sülh müqaviləsi imzalamağa hazırdır”.
Azpost.info bildirir ki, bunu sentyabrın 16-da səhər saatlarında xarici işlər naziri Ararat Mirzoyan Fransanın xarici işlər naziri Stefan Sejournet ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, o, fransalı həmkarı ilə regional sabitlik məsələlərini müzakirə edib və Ermənistanın sülh gündəminə sadiqliyini təsdiqləyib. “Bildiyiniz kimi, biz sülh sazişinin son redaksiya olunan mətnini təhvil vermişik”, – Mirzoyan xatırladıb.
“Biz razılaşdırılmış mətni tezliklə imzalamağa hazırıq”, – Mirzoyan qeyd edib.