“Azərbaycanlı qardaşlarımızın Şuşa zəfərini təbrik edirəm” –

ƏRDOĞAN TƏBRİK ETDİ
08 Noyabr 2020 - 15:40

“Azərbaycanlı qardaşlarımızın Şuşa zəfərini təbrik edirəm”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Kocaeli vilayətində keçirilən konqresdəki çıxışında belə bildirib. T. Ərdoğan deyib ki, 30 ildir, ATƏT-in Minsk qrupu tərəfindən aldadılan Azərbaycan Ordusu öz gücü ilə nəhayət bu qələbəyə nail olub: “Azərbaycanlı qardaşlarım adətən danışıqlar masasında səbir etdi və qələbəyə nail oldu. Türkiyə hər zaman qeydsiz-şərtsiz  azərbaycanlı qardaşlarının yanında oldu. Ermənistanın hücumlarının başlatdığı münaqişənin ardından addım-addım torpaqlarını işğaldan qurtaran Azərbaycan Qarabağı müstəqilliyinə qovuşduran azərbaycanlı qardaşlarımızın sevinci bizim də sevincimizdir. Bir daha qardaşım İlham Əliyev başda olmaq üzrə bütün Azərbaycan xalqını şəxsim, ailəm, millətim adına təbrik edirəm”.